İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru: “Rusiya Çinin iqtisadi müstəmləkəsinə çevrilə bilər”  


Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı hərbi kampaniyası “böyük strateji uğursuzluğa” düçar olub və Moskva tezliklə “Çinin iqtisadi müstəmləkəsi”nə çevrilə bilər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu iddia ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns tərəfindən Hyustonda (Texas) Rays Universitetində etdiyi çıxışında səslənib.
Börns Rusiyanın Ukraynadakı savaşda həm hərbi, həm də iqtisadi mənada prestijini itirdiyini, ümumi vəziyyətin isə Moskva üçün rüsvayçılıq olduğunu bildirib.

“Nəzərə alın ki, müharibənin əvvəlində Putin NATO-nu parçalamaq və zəiflətmək niyyətində idi, lakin əslində, NATO indi həmişəkindən daha çox birləşib. Blok yeni üzv olan Finlandiyanı öz sıralarına daxil edib və çox güman ki, İsveç də Alyansın növbəti üzvünə çevriləcək”,-deyə o qeyd edib.
Uilyam Börns Rusiya-Çin münasibətlərindən də danışıb.

“Əgər real vəziyyətə nəzər salsanız görə bilərsiniz ki, Rusiya getdikcə daha çox Çindən asılı vəziyyətə düşür və onun zamanla Çinin iqtisadi müstəmləkəsinə çevrilmək riski var ”,-deyə o vurğulayıb. Börnsün sözlərinə görə, Rusiyanı buna Putinin özü aparır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR