Onlayn ictimai-siyasi qəzet
Amerikada yaşayan aparıcı Səxavət Nur "Americano" layihəsində mərhum aktrisa Firəngiz Rəhimbəyova ilə bağlı süjet hazırlayıb.
Musavat.com axşam-az-a istinadla xəbər verir ki, sənətçinin əri Raymond Antoni ilk dəfə onunla bağlı xatirələrini bölüşüb.
O deyib: "O vaxt getdiyim restoran var idi. Dayısının restoranı idi. Dayısı İsraillə danışanda gözüm masaları silən bir qıza sataşdı. Belə bir gözəl qız burada çalışmamalı idi. Dayısından onun kim olduğunu soruşdum. O, mühafizəkarcasına "bacım qızıdır, Kaliforniyaya təzə köçüb", - dedi. Dayısının üzündə "Reymond, ondan uzaq dur" ifadəsi var idi. dirnaq modelleri
1999-cu ildə ailə qurduq. Bu hadisə isə 1994-cü illərin sonlarında olub. Burada o vaxt zəlzələ olmuşdu. Fira yenə iş geymində idi. Həmişə işləyirdi, ingiliscə danışa bilmirdi. Onunla heç cür ünsiyyət qura bilmirdim. Dayısından da çəkinirdim. Növbəti gün yenə onu görmək üçün restorana getdim, amma orada yox idi.
Əvvəl oraya şam yeməyi üçün gedirdim. Sonra Firanı görmək məqsədi ilə səhər yeməyi üçün də getməyə başladım. Baxmayaraq ki, heç vaxt səhər yeməyi yemirdim.
Bəzən kiminləsə tanışanda elektrik hiss edirsən. Onun gözəl təbəssümü var idi. İngiliscə "Salam", "Sağ ol" deyirdi. Dayısı arvadı Toma vasitəsi ilə danışırdıq. O, ingilis dili dərsinə gedirdi. Hətta aramızda lal dili ilə, əl-qolla danışırdıq.
Artıq tanışlığımızdan 2 ay keçmişdi. Bir dəfə onun avtomobilinin təkəri boşalmışdı. Mənə zəng vurdu. İngilis dilində problemi mənə izah edə bilmədi, sadəcə köməyə ehtiyacı olduğunu dedi. Gedib onun üçün problemi həll etdim, sonra mənə yemək bişirib qonaq etdi.
Bir neçə ay ayamızdakı dostluğumuz əsnasında onun müğənni olduğunu öyrəndim. Bizi gəmiyə qonaq çağırmışdılar. O, səhnədə rusca oxuyurdu. Nə oxuduğunu anlamasam da, çox valehedici idi. Günlər getdikcə ingilis dilində daha yaxşı danışırdı. Razılaşdıq ki, mən ona ingilis, o isə mən rus dilini öyrədəcək.
Aramızdakı münasibət getdikcə dərinləşirdi. İlk il yarım çox çətin oldu, hətta bu vaxt ərzində təslim olmaq istəyirdim ki, bu iş alınmayacaq. Həm də nə rus, nə Azərbaycan mədəniyyəti haqqında bilirdim. Sonra hər şey yoluna düşdü. Ona rast gələndə heç kimi axtarmırdım. 15 il idi ki, subay idim. Həyatıma kiminsə daxil olmasını gözləmirdim də. Onu tanıdığım gündən bəri ayrılmadıq. Ruh əkizimi sevdim".
Raymond bildirib ki, Firəngiz onun ad günündə dünyasını dəyişib və o, həmin vaxtdan doğum gününü qeyd etmir:
"O, dünyadan köçəndən sonra yaşamaq istəmirdim. Elə bil ruhumu itimişdim. Ruh əkizim getmişdi. Yıxılmışdım, bir müddət xəstəxanada yatdım, 2 dəfə insult keçirdim. Gəzə, danışa bilmirdim, yaşamağa ümidim yox idi. Həm fiziki, həm də emosional. Bu evdə özünmü rahat hiss edirəm, çünki Firanın burada varğlığını hiss edirəm".
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ