İnsanlara hürriyət, millətlərə istiqlal!

““Mercedes” işə düşmədi, piyada gəldim” - Lukaşenko - VİDEO

Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin liderlərinin sammiti keçirilir.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, sammitin keçirildiyi Ala-Arça dövlət iqamətgahında qonaqların qarşılanma mərasimi zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko ilə qırğız həmkarı Sadır Japarov arasında maraqlı dialoq olub.

Belə ki, Lukaşenko Japarova deyib: “Gecikməmişəm ki? “Mercedes” zəifdir, işə düşmür, piyada gəldim”.

Lukaşenkodan əvvəl isə məkana Ermənistanın Baş naziri Nikol Paşinyan gəlib. Onun iqamətgaha hər kəsdən əvvəl gəldiyi bildirilir.

Qeyd edək ki, Rusiya və Qazaxıstan Prezidentləri Vladimir Putinlə Kasım-Jomart Tokayev də artıq sammitin keçiriləcəyi məkana gəliblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR