İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mercedes”i oğurlanan şirkət rəhbəri baş prokurora müraciət ünvanladı - FOTOLAR

Bakıda fəaliyyət göstərən “Fitstar Herbal Products” MMC-nin keçmiş əməkdaşı aylardır ki, “Mercedes-Benz” markalı, Az 77 AE 649 dövlət nömrə nişanlı avtomobili yoxa çıxarıb.

MMC-nin direktoru Firdovsi Vəliyev bununla bağlı baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıb.

Surəti Musavat.com-a göndərilən müraciətdə Firdovsi Vəliyev yazır:

“Hörmətli baş prokuror. Sizin yüksək diqqətinizə çatdırıram ki, direktoru olduğum şirkətin balansında olan nəqliyyat vasitəsi Goranboy rayon sakini Xəyyam Nəriman oğlu Rəhimov tərəfindən ələ keçirilib – faktiki olaraq oğurlanıb. Xəyyam Rəhimov şirkətə məxsus avtomobili saxta dövlət nömrə nişanı – Az 20 EU 594 nömrə bağlamaqla idarə edir. Sonuncu dəfə avtomobili Gəncə DYP əməkdaşları Xəyyam Rəhimov tərəfindən bu nömrə nişanı ilə idarə olunarkən saxlayıb. Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Hüseynalı Məhərrəmov avtomobilə hal şahidlərinin müstəqil ekspertin iştirakı ilə baxış keçirdi. Baxış zamanı müəyyən olundu ki, Xəyyam Rəhimov şirkətə məxsus “Mercedes-Benz” markalı, Az 77 AE 649 dövlət nömrə nişanlı avtomobilə saxta dövlət nömrə nişanı – Az 20 EU 594 nömrə bağlamaqla idarə edir. Cinayətə bərabər saxtakarlıq aşkar olunması ilkin baxış protokolunda qeyd olundu. Saxtakarlıq üzə çıxandan sonra təhqiqatçı Hüseynalı Məhərrəmov məhkəmə ekspertizası təyin etdi. O bildirdi ki, iştirakımla ekspert avtomobilə baxış keçirəcək. Amma təhqiqatçı ekspertin avtomobilə baxışı zamanı mənim iştirakımı təmin etmədi. Baxmayaraq ki, bunu ondan dönə-dönə xahiş edirdim. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Ayaz mənim iştirakım olmadan avtomobilə baxış keçirib və saxta rəy verib. Mən əminliklə deyirəm ki, bu rəy saxtalaşdırılıb. Təhqiqatçı ilə ekspert əlbir olaraq rəyi saxtalaşdırıblar. Ona görə də, Sizdən xahiş edirəm ki, hər iki vəzifəli şəxsin barəsində qanuni tədbir görülməsi üçün müvafiq göstəriş verməklə şirkətimizə məxsus “Mercedes-Benz” markalı, Az 77 AE 649 dövlət nömrə nişanlı avtomobilin geri qaytarılmasını təmin edəsiniz. Hörmətli baş proikuror, onu da sizin yüksək diqqətinizə çatdırıram ki, Xəyyam Rəhimov saxtakarlığı ifşa olunandan sonra yalandan deyir ki, guya şirkətə məxsus avtomobili hansısa borca görə özündə saxlayıb və ya bizə geri qaytarıb. Faktiki isə hazırda saxta nömrə nişanı ilə şirkətə məxsus maşını idarə etməkdədir.

Hörmətli Kamran müəllim, hazırda iş materialları Goranboy Polis İdarəsindədir. Goranboy Rayon Polis İdarəsindən bildirirlər ki, Goranboy Rayon Prokurorluğu cinayət işinin başlamasa, müvafiq tədbirlərin görülməsi də mümkünsüzdür. Sizdən xahiş edirəm ki, Goranboy Rayon Prokurorluğunda baş verən süründürməçiliyə son verilməsi, cinayət işinin başlanması üçün müvafiq göstəriş verəsiniz”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR