Onlayn ictimai-siyasi qəzet
Bu gün İYİ Partiyanın 5-ci növbədənkənar qurultayı keçirilib.
Musavat.com xəbər verir ki, 4 adın sədrlik uğrunda mübarizə aparacağı konqresdə kürsüyə çıxan Meral Akşener duyğulu çıxış edib.
Akşener çıxışının sonunda Con Kennedinin “Zəfərin minlərlə atası var, məğlubiyyət isə yetimdir” sözləri ilə vidalaşıb.
Bir daha namizəd olmayacağını açıqlayan Akşenerin bu çıxışı diqqət çəkib.
Xatırladaq ki, Türkiyədə 31 Mart Yerli İdarəetmə Ümumi Seçkilərindən sonra növbədənkənar qurultay keçirməyə qərar verən İYİ Partiyanın yeni lideri hələlik məlum deyil. 5-ci növbədənkənar qurultayda Partiya sədrliyi uğrunda Koray Aydın, Müsavat Dərvişoğlu, Tolqa Akalın və Günay Kodaz mübarizə aparır.
24 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ