İnsanlara hürriyət, millətlərə istiqlal!

"Məni teatrda istəmirdilər, qovurdular" - Naibə Allahverdiyevadan ŞOK AÇIQLAMALAR

Xalq artisti Naibə Allahverdiyeva mənəvi anası adlandırdığı Xalq artisti Lətifə Əliyeva üçün "Bizimləsən" verilişinə gəlib. 

N.Allahverdiyeva aktrisanın onun yaradıcılığına müsbət təsirindən danışıb:

"Bəzən deyirlər ki, Lətifə xanım bu dünyanın insanı deyil. Amma Lətifə xanım kimi insanlara görə bu dünya var. Dəyişmədi, qəlbi təmiz, nur kimidir. Teatra qədəm qoyanda əlimdən tutub otağına apardı. Məni otaqlara buraxmırdılar, əlimdə paltarlarım dəhlizdə qalmışdım. Yer tapmırdım paltarımı dəyişim. Lətifə xanım gəldi ki, niyə buradasan? Dedim ki, məni teatrda istəmirlər, otaqlardan qovurlar. Əlimdən tutdu ki, gəl otağıma və nə qədər istəyirsən otur". (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Aprel 2025

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR