Onlayn ictimai-siyasi qəzet
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-da yayımlanan məşhur “Nelk Boys” podkastına müsahibəsində maraqlı açıqlamalar verib.
Musavat.com xəbər verir ki, aparıcının “Niyə sizi bu qədər nifrət edirlər?” sualına cavabında Netanyahu bu münasibəti “təbliğatın nəticəsi” adlandırıb.
“Mənə hər yerdə nifrət edilmir. Bu, sadəcə təbliğatdır. Əslində, bizə təşəkkür edirlər həm Avropanı, həm də ABŞ-ı təhdid edən İran raketlərinə qarşı gördüyümüz tədbirlərə görə,” – deyə o bildirib.
Netanyahu etiraf edib ki, siyasət onun ailəsi üçün ağır nəticələrə səbəb olub:
“Həyat yoldaşım və oğullarım əziyyət çəkirlər, halbuki bu həyatı onlar seçməyiblər”.
Musavat.com
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ