İnsanlara hürriyət, millətlərə istiqlal!

“Məni ancaq NATO-ya dəyişmək olar” – Zelenski istefasını baha satmaq istəyir

Ukrayna prezidenti Volodimir Zelenski öz istefa ehtimalına dair bir daha açıqlama verib.

Musavat.com xəbər verir ki, o, Ukraynanın NATO-ya üzv olması halında vəzifəsindən gedə biləcəyini bildirib.

Londondakı hava limanında jurnalistlərin suallarını cavablandıran Zelenskiyə Ukraynada seçkilərin keçirilməsi ilə bağlı münasibəti soruşulub.

“Ukrayna NATO-nun üzvü olarsa, istefa verməyə hazıram” – deyə Zelenski vurğulayıb.

Bununla yanaşı, Ukrayna lideri ölkədə seçkilərin keçirilməsinin onun yenidən prezident olmasına mane olmayacağını qeyd edib.

“Məni dəyişmək asan olmayacaq, çünki təkcə seçkilər keçirmək kifayət deyil. Məni iştirakdan kənarlaşdırmaq lazımdır. Bu isə bir qədər çətin olacaq”, – deyə o əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR