Onlayn ictimai-siyasi qəzet
"Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində yüksək fəallıq müşahidə etmişik".
Musavat.com-un məlumatına görə, bunu Gürcüstan parlamentinin sədr müavini, Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini müşahidə etmək məqsədilə Bakıya gələn nümayəndə heyətinin rəhbəri Arçil Talakvadze deyib.
Onun sözlərinə görə, bu gün tarixi gündür: "Biz bu gün həmkarları birlikdə Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etdik. Mənfi bir hadisə müşahidə etmədik. Jurnalistlər seçki məntəqələrinə tam çıxış əldə ediblər".
O qeyd edib ki, Azərbaycanda davamlı sülhün dəstəklənməsində tam hazırdırlar.
Nigar HƏSƏNLİ,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ