Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin növbəti plenar iclası başlayıb.
Musavat.com xəbər verir ki, spiker Sahibə Qafarova giriş nitqində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Məclisdə keçirilən beynəlxalq konfransdan bəhs edib.
İclasın gündəliyində 11 məsələ var.
Deputatlar ilk olaraq 8 Noyabr - Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar Milli Məclisin Bəyanatını qəbul edəcəklər.
Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 2025-ci il 31 oktyabr tarixli plenar iclasında çıxış edərkən bunları söyləyib:
“Hörmətli həmkarlar!
Bildiyiniz kimi, oktyabrın 29-da Milli Məclisdə Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyinə həsr edilən beynəlxalq parlament konfransı keçirilib. Tədbirdə 20-dək ölkənin parlament nümayəndə heyətləri, o cümlədən 8 ölkənin parlament sədrləri və sədr müavinləri, eləcə də 7 beynəlxalq təşkilatın təmsilçiləri, ümumən isə 100-dən çox adam iştirak edib. Konfransda “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda çıxışlar edilib.
Qeyd edim ki, bu konfrans “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Məclisin təşkilatçılığı ilə keçirilən 13-cü tədbir idi”.
E.Paşasoy,
Musavat.com
01 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ