İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp–Putin sammiti ləğv edildi – Moskva Vaşinqtona sərt şərtlər göndərib

Budapeştdə planlaşdırılan Tramp–Putin sammiti ABŞ tərəfindən Moskvanın sərt tələbləri səbəbindən ləğv edilib.

Musavat.com xəbər verir ki, bu barədə "Financial Times" yazıb.

Mənbələrə görə, Rusiya Vaşinqtona Ukraynadakı müharibənin dayandırılması üçün memorandum göndərib. Sənəddə Ukraynanın ərazi güzəştləri, ordusunun ixtisarı və NATO-ya üzvlükdən imtina zəmanəti kimi şərtlər irəli sürülüb.

Müzakirələr zamanı Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında gərgin telefon danışığı baş verib.

Tramp isə Kremlin mövqeyindən narazı qalaraq görüşü “mənasız” adlandırıb və danışıqlara ehtiyac görməyib.

Hadisə Vaşinqtonun Rusiya ilə münasibətlərdə yumşalma kursundan kəskin dönüş etməsinə səbəb olub. Nəticədə ABŞ Rusiya neft şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR