İnsanlara hürriyət, millətlərə istiqlal!

"Məlumatlar sızıb, razılıq əldə olunub: rəsmi Bakı İrana qarşı..."

Azərbaycan informasiya müstəvisində regionda baş verə biləcək proseslərlə bağlı narahatlığın səviyyəsini azaltmaq üçün nə Rusiya, nə də İranın güclü dövlətlər olmadığı fikrini formalaşdırmağa çalışır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu “ağıllı” fikri yerli ekspert Karen İgityan tərəfindən səslənib.

“Şoyqunun Tehran və Bakıda keçirdiyi görüşlərin məzmunu gizli saxlanılır. Lakin bəzi informasiya sızmalarına görə, Rusiya tərəfindən silahların, xüsusən də hava hücumundan müdafiə sistemlərinin və raket buraxılış sistemlərinin tədarükü ilə bağlı Tehranla razılıq əldə olunub. Şoyqu rəsmi Bakıya İrana qarşı aksiyalarda iştirak etməmək barədə xəbərdarlıq edib, çünki Azərbaycanın hazırda regionda İsrailin əsas müttəfiqi olduğu barədə ümumi anlayış var. Azərbaycana deyilib ki, Azərbaycanın İrana qarşı istənilən hərəkəti Rusiya tərəfindən də cavab tədbiri ilə qarşılanacaq”, - deyə, İgityandan ermənisayağı “təhlil” gəlib.

Buna baxmayaraq, İgityana görə, Azərbaycan hakimiyyəti regionda bu cür oyunların təhlükəsini yaxşı bilir.

“Regionumuzun təhlükəsizlik arxitekturasını aydın başa düşmək lazımdır. Azərbaycan hər zaman Türkiyədən 100 faiz dəstək alıb, digər iki dövləti (Rusiya və İran) neytrallaşdırmağı bacarıb. İndi vəziyyət dəyişib: iki böyük regional güc Bakının mümkün hərəkətlərinə qarşıdır. Azərbaycan hələlik belə bir şəraitdə hərəkət etməyib”, - deyə, erməni ekspertdən belə bir iddia gəlib.

İgityan bu dəfə də Azərbaycanın Rusiya amilini neytrallaşdırmağa nail olağını istisna etməyib. “Rusiya faktorunun neytrallaşdırılması istər-istəməz İran faktorunun da zəifləməsinə gətirib çıxaracaq”,-deyə erməni ekspert ermənisayaq narahatlığını dilə gətirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR