İnsanlara hürriyət, millətlərə istiqlal!

"Məktəblərdə uşaqlar digər şagirdlər tərəfindən "bulinqə" məruz qalırlar"

"6 nömrəli məktəbdə baş verən hadisəyə Təhsil Nazirliyinin verdiyi açıqlama absurd səslənir (kamera görüntüsündə təsdiqin tapmadı). Bu məsələ ciddi araşdırılmalıdır".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb. Sənətçi gündəmdən düşməyən məktəbdə baş verən hadisəyə münasibət bildirib:

"Bütün məktəblərdə uşaqlar digər şagirdlər tərəfindən "bulinqə" məruz qalırlar: İstər özəl, istər dövlət məktəblərində. Və guya ki, kiməsə şikayət edərsə, deməli, o, satqındır. Bunları uşaqların beyinlərinə TikTok-dakı söhbətlərləmi, ya evdə aldıqları tərbiyəyləmi yeridiblər, bilmirəm. Sovetin vaxtında da var idi, hələ də var. 

Rusların “Müqəvva” filmində bulinqin nə olduğunu tam aydın göstəriblər. Mənim oğlum çox gözəl rəqs edirdi (2 yaşından). Məktəbdə uşaqlar deyib ki, kişi rəqs etməz və sair. Ən gözəl bacardığı bir şeyi atdı, “kişiyə yaraşmaz” sözüylə. 

Övladlarımı 3 yaşından idmana qoymuşdum ki, məktəbə gedəndə özlərini müdafiə edə bilsinlər. Heç vaxt zəifi əzməyiblər. Uşaqlarınızla söhbət edin, onlarla dost olmağa çalışın, hər addımlarını qınamayın".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR