İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəbdə DƏHŞƏTLİ OLAY - Direktor, ingilis dili müəllimi və katib güllələndi

İlk yayın vaxtı 14:58

Bosniya və Herseqovinada məktəbdə atışma olub, ölənlər və yaralananlar var.

Musavat.com xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yayılıb.

Qeyri-rəsmi məlumatlara görə, Sanski Most şəhərindəki orta məktəbdə baş verən atışma nəticəsində azı iki nəfər - məktəb direktoru və katib həlak olub. Bir neçə yaralının olduğu da bildirilir.

Yerli polis hadisəni törədən şəxsin təhsil müəssisəsinin əməkdaşı olduğunu bildirib. O, özünü güllələyib və ağır vəziyyətdə xəstəxanaya aparılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR