Avstriyanın Qrats şəhərində yerləşən məktəbdə baş verən silahlı hücum nəticəsində azı 8 nəfər həyatını itirib.
Musavat.com xəbər verir ki, yerli KİV-lərin məlumatına görə, hadisə zamanı çoxsaylı insan ağır yaralanıb. Hadisənin detalları hələlik tam açıqlanmasa da, hüquq-mühafizə orqanları ərazidə əməliyyat tədbirlərinə başlayıb.
Atışmanın səbəbi, hücum edən şəxs və ya şəxslər barədə rəsmi açıqlama verilməyib. Hadisə ilə bağlı genişmiqyaslı araşdırma aparılır. Yerli hakimiyyət orqanları əhalini panikaya düşməməyə çağırıb.
İlkin məlumata görə, hadisə dərs saatları zamanı baş verib. Silahlı şəxs məktəb binasına daxil olaraq ətrafa atəş açmağa başlayıb. Hadisə yerinə dərhal xüsusi təyinatlı polis qüvvələri və təcili tibbi yardım briqadaları cəlb olunub.
Avstriyanın daxili işlər naziri mətbuata açıqlamasında hücumun baş verdiyini və çoxsaylı insan tələfatının olduğunu təsdiqləyib. Lakin nazir ölənlərin dəqiq sayını hələlik açıqlamayıb. Hadisənin motivi və silahlının kimliyi barədə isə hələ rəsmi açıqlama verilməyib.
Yaralıların vəziyyəti barədə dəqiq məlumat yoxdur, lakin bəzi mənbələr onların arasında ağır vəziyyətdə olanların olduğunu bildirir. Hadisə ilə bağlı cinayət işi açılıb və istintaq başlayıb.
Avstriya ictimaiyyəti arasında böyük sarsıntı yaradan bu hadisənin terror aktı olub-olmadığı araşdırılır.
ŞƏRHLƏRŞƏRH YAZ