Onlayn ictimai-siyasi qəzet
Özbəkistan Xarici İşlər Nazirliyi Rusiyada Özbəkistandan olan şəxslərə qarşı aparılan axtarışlar və düzgün olmayan rəftarla bağlı narahatlığını bildirib.
Musavat.com xəbər verir ki, nazirliyin bu addımını mətbuat katibi Axror Burxanov açıqlayıb.
O, ölkəsinin Rusiyada özbəklərə qarşı davranışlardan narahat olduğunu deyib: "Biz Rusiya Federasiyasının ərazisində bəzi hallarda Özbəkistan vətəndaşlarına qarşı icazəsiz axtarışlar, hörmətsizlik və kobud rəftar barədə xəbərləri narahatlıqla qeyd etdik. Biz belə halların heç bir halda ölkələrimiz arasındakı dostluq münasibətlərinə uyğun gəlmədiyinə və onların qarşısının alınması üçün konkret tədbirlərin görülməsinə ehtiyac olduğuna diqqət çəkdik".
Bu mövqe Rusiya tərəfi ilə Özbəkistan Xarici İşlər Nazirliyində baş tutan görüşdə səsləndirilib. Özbəkistanın Moskvadakı səfirliyi də Rusiya Xarici İşlər Nazirliyinə aydınlıq gətirilməsi xahişi ilə nota göndərib.
Musavat.com
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ