Onlayn ictimai-siyasi qəzet
"Bu il direktorların və müavinlərinin sertifikatlaşdırılması prosesi olmayacaq".
Musavat.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün brifinqdə deyib.
Nazir bildirib ki, universitet rektorlarının təyin edilməsi ilə bağlı qanunvericilikdə dəyişiklik gözlənilmir.
E. Əmrullayev onu da qeyd edib ki, 65 yaşı tamam olan və sertifikasiyadan keçməyən müəllimlər işdən uzaqlaşdırılır. Nazirin sözlərinə görə, bu müəllimlərə dərs ilinin bitməsi üçün güzəştlər edilmir.
Şahanə Rəhimli
Musavat.com
15 Sentyabr 2025
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ