İnsanlara hürriyət, millətlərə istiqlal!

Meksikada bara silahlı hücum zamanı 9 nəfər ölüb

Meksikanın mərkəzində yerləşən Quanaxuato ştatında naməlum silahlı şəxslər bardakı insanlara atəş açıb.

APA xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Hücum nəticəsində 9 nəfər həlak olub.

“Sialhlı şəxslər içəriyə daxil olaraq müştərilərə atəş açmağa başlayıblar. Nəticədə beş kişi və dörd qadın həlak olub, daha iki qadın isə yaralanıb”, - deyə açıqlamada qeyd olunub.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.

Avqustun əvvəlində naməlum şəxslər eyni ştatın Celaya bələdiyyəsindəki bara hücum ediblər.

Cinayətkarların əli ilə 8 nəfər ölüb, daha 5 nəfər yaralanmışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR