İnsanlara hürriyət, millətlərə istiqlal!

Meksika ABŞ ilə sərhədə qoşun göndərir

Meksika ABŞ ilə sərhəddə Milli Qvardiya bölmələrini yerləşdirəcək.

Musavat.com report-a istinadən xəbər verir ki, bunu Meksika lideri Klaudiya Şeynbaum gündəlik mətbuat konfransında deyib.

"Meksikanın milli müdafiə naziri Rikardo Trevilya Trexo artıq ABŞ ilə sərhəddə Milli Qvardiya bölmələrinin yerləşdirilməsi planını hazırlayır", - Prezident bildirib.

Şeynbaum əlavə edib ki, qoşunların sərhəd bölgələrinə göndərilməsi Meksikanın maraqlarına cavab verir.

Onun sözlərinə görə, bu, digər məsələlərlə yanaşı, ABŞ-dən silah qaçaqmalçılığı ilə mübarizəyə kömək edəcək.

Qeyd edək ki, Meksika ABŞ ilə əldə olunan razılaşmalar çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün sərhədə Milli Qvardiyanın on min zabitini göndərəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR