İnsanlara hürriyət, millətlərə istiqlal!

İordaniya sərhədində DƏHŞƏTLİ HÜCUM: İsrail vətəndaşları ÖLDÜRÜLDÜ - VİDEO

Sentyabrın 18-də İordaniya ilə sərhəddə yerləşən Allenbi keçid məntəqəsində terror hücumu baş verib. Hadisə zamanı atəş açılıb.

Musavat.com xəbər verir ki, bu barədə “Newsru.co.il” məlumat yayıb.

Məlumatda bildirilib ki, hücum edənlər zərərsizləşdirilib.

İsrail təcili yardım xidməti bildirib ki, hadisə nəticəsində biri təxminən 20, digəri isə 60 yaşlarında olan iki kişi həyatını itirib. Qeyd olunur ki, bu hücum ötən il 3 nəfərin güllələnərək öldürüldüyü həmin ərazidə baş verib.

Məlumata görə, silahlılardan biri Qəzzaya humanitar yardım daşıyan yük maşınından çıxaraq atəş açıb, daha sonra isə bıçaqla hücum edib. Onun tərəfdaşı isə humanitar missiyanın əməkdaşı olub.

Hücumu həyata keçirən şəxs İordaniya vətəndaşıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR