Onlayn ictimai-siyasi qəzet
Təəssüf ki, islamofobiya artıq sistematik yanaşmaya çevrilib. Nifrətə əsaslanan fikirlər və qərəzli münasibətlər cəmiyyətlərdə vəhdətin və birgəyaşayışın pozulmasına səbəb olur.
Musavat.com AZƏRTAC-a istinadla xəbər verir ki, bunu İƏT-in Baş katibinin xüsusi elçisi Mehmet Paçacı Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfransın plenar iclasında deyib.
O qeyd edib ki, bəzi Qərb ölkələrində müsəlman qadınlara, xüsusilə hicablı xanımlara qarşı münasibət ayrı-seçkiliyin daha da dərinləşdiyini göstərir.
“Daha narahatedici məqam ondan ibarətdir ki, islamofobiya bəzi siyasi qüvvələr tərəfindən alət kimi istifadə olunur. Dinə, kimliyə və mənsubiyyətə qarşı yönəlmiş belə ritorikalar cəmiyyətin daxilində parçalanmanı dərinləşdirir və qarşılıqlı güvəni zədələyir. Lakin ümid və çıxış yolları mövcuddur. Dini nifrətə qarşı konkret hüquqi və sosial tədbirlərin görülməsi, müxtəlif toplumlar arasında anlayış və hörmətin təşviqi daha sülhsevər və ədalətli cəmiyyətin formalaşmasına zəmin yarada bilər. Bu, yalnız müsəlmanların deyil, bütün insanların təhlükəsizliyi və ləyaqəti üçün vacibdir”, - deyə Mehmet Paçacı əlavə edib.
Onun sözlərinə görə, islamofobiyanın qarşısında birlikdə dayanmalı, fərqli inanc və mədəniyyətlərə hörmət əsasında birgə yaşayış modeli gücləndirilməlidir.
29 May 2025
28 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ