İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmə Qırğızıstanın keçmiş prezidentinə 30 il iş kəsdi - amma qiyabi...

Bişkekin Pervomayski Rayon Məhkəməsi qaçaq prezident Kurmanbek Bakiyevə hökm çıxarıb.

Musavat.com 24.kg saytına istinadən xəbər verir ki, qaçaq prezident və digər təqsirləndirilən şəxslər Qırğızıstan Cinayət Məcəlləsinin “Korrupsiya” maddəsi ilə açılmış cinayət işi üzrə təqsirli biliniblər.

Maksim Bakiyev əmlakı müsadirə olunmaqla xüsusi rejimli koloniyada ömürlük həbs cəzasına məhkum edilib.

Məhkəmə İnkişaf, İnvestisiya və İnnovasiyalar üzrə Mərkəzi Agentliyin (ÇARİİ) keçmiş rəis müavinini 15 min som cərimə və əmlakı müsadirə olunmaqla 30 il müddətinə azadlıqdan məhrum edib.

Dünya Bankının icraçı direktorunun keçmiş müşaviri Sadriddin Djienbekov əmlakı müsadirə olunmaqla 10 il müddətinə azadlıqdan məhrum edilib.

Maliyyə nazirinin keçmiş birinci müavini Emirlan Toromırzayev 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkum olduqdan sonra o, cəzasını ümumi rejimli islah müəssisəsində çəkməlidir. Onun əmlakı müsadirə edilib, həmçinin o, üç il müddətinə dövlət vəzifəsi tutmaq hüququndan məhrum edilib.

Hökumət aparatının hüquq şöbəsinin keçmiş rəhbəri Yelena Belkovskaya əmlakı müsadirə olunmaqla 9 il müddətinə azadlıqdan məhrum edilib.

Keçmiş təbii sərvətlər naziri Kapar Kurmanəliyev əmlakı müsadirə olunmaqla 13 il müddətinə azadlıqdan məhrum edilib.

Söhbət “Kumtor Gold Company”, “Centrerra Gold” və “Qırğızaltı” ASC arasında qeyri-qanuni müqavilə imzalanması ilə bağlı cinayət işindən gedir. İş hələ 2013-cü ildə başlayıb və Mərkəzi Asiyada ən böyük qızıl yatağının işlənməsinə aiddir.

Kurmanbek Bakiyev 2010-cu ildə müxalifət tərəfindən devrilib və ailəsi ilə birlikdə ölkəni tərk edib. İndi Belarusda yaşayır. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR