İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmə Nursultan Nazarbayevin qohumunun həbsini sanksiyalaşdırıb

Nur-Sultan şəhərinin İxtisaslaşdırılmış rayonlararası istintaq məhkəməsi biznesmen Kayrat Satıbaldının iki aylıq həbsini sanksiyalaşdırıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə paytaxt məhkəməsinin mətbuat xidməti məlumat yayıb. “Bu gün paytaxtın İxtisaslaşdırılmış rayonlararası istintaq məhkəməsi Kayrat Satıbaldı barəsində iki aylıq həbs qətimkan tədbiri seçib”, - deyə məlumatda bildirilir.

Ölkənin ən nüfuzlu iş adamları siyahısına daxil olan Kayrat Satıbaldı Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin qohumudur. Martın 13-də Korrupsiyaya Qarşı Mübarizə Xidməti onu vəzifə səlahiyyətlərindən sui-istifadədə və “Qazaxtelekom” səhmdar cəmiyyətinin külli miqdarda vəsaitini mənimsəməkdə şübhəli bilərək saxlamışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR