Onlayn ictimai-siyasi qəzet
Kataloniyanın Ali Məhkəməsi futbolçu Dani Alvesə cinsi təcavüzə görə bəraət verib.
Musavat.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilir ki, apellyasiya məhkəməsi zamanı zərərçəkmiş olduğu iddia edilən şəxsin ifadəsinin etibarsız və ziddiyyətli olduğu müəyyən edilib.
Qeyd edək ki, Braziliya millisinin və İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Dani Alves daha əvvəl 2022-ci ildə gecə klubunda bir qıza təcavüz etməkdə ittiham olunaraq 4,5 il həbs cəzası alıb. Məhkəmə prosesi davam edərkən həyat yoldaşı ondan ayrılıb.
Musavat.com
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ