İnsanlara hürriyət, millətlərə istiqlal!

Modi Putinlə görüşdən məmnun qaldığını bildirib

Hindistanın Baş naziri Narendra Modi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Tiencin şəhərində keçirilən sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Musavat.com xəbər verir ki, Baş nazir sosial şəbəkə “X” hesabında yazaraq, Rusiya lideri ilə hər görüşün onun üçün xoş olduğunu qeyd edib:

“Prezident Putinlə fikir mübadiləsi aparmaq həmişə dəyərli olur. Hindistan-Rusiya tərəfdaşlığı uzun illərə söykənən güclü əsaslara malikdir”.

Görüş zamanı tərəflər enerji sahəsində əməkdaşlıq, müdafiə sənayesi, ticarət dövriyyəsinin artırılması və beynəlxalq gündəmdəki əsas məsələləri müzakirə ediblər. Xüsusilə Ukrayna münaqişəsi, qlobal ərzaq və enerji təhlükəsizliyi mövzuları diqqət mərkəzində olub.

Putin isə öz növbəsində Hindistanın Rusiya üçün strateji tərəfdaş olduğunu vurğulayıb və qarşılıqlı etimada əsaslanan münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2025

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR