İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmə Maksim Qalkinin "xarici agent" statusunu dəyişmədi

Moskvanın Zamoskvoretski məhkəməsi rusiyalı şoumen Maksim Qalkinin  Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə qarşı iddiasını rədd edib.

Musavat.com TASS-a xəbər verir ki, onlar Qalkindən xarici agent statusunu silməkdən imtina ediblər. Hakim lakonik danışıb: "İddia rədd edildi".

Qalkin 2022-ci ilin sentyabrında fiziki şəxslər - "xarici agentlər" siyahısına daxil edilib. Buna səbəb  "siyasi fəaliyyətin həyata keçirilməsi"nə dair aparılan araşdırmalarda Ukraynaya məxsus maliyyə dəstəyinin aşkarlanması olub. Başqa sözlə, Rusiya kriminalistləri şübhələniblər ki, Qalkin Ukraynada maliyyə dəstəyi alıb.

Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan sonra Maksim Qalkin ölkəni tərk edib.

Onu da qeyd edək ki, 2023-cü il iyunun 2-də Moskvanın Zamoskvoretski məhkəməsi də bloqqer İlya Varlamovun xarici agent statusunun dəyişdiirlməsindən də imtina edib. İlya Varlamov martın 23-də xarici agent kimi tanınıb. Ədliyyə Nazirliyindən verilən məlumata görə, jurnalist dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların siyasəti barədə yalan məlumatlar yayıb. Agentlik həmçinin xarici mənbələrdən Varlamova dəstək sübutları tapıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR