Onlayn ictimai-siyasi qəzet
Şişli Bələdiyyə başçısı Resul Emrah Şahan, Reform İnstitutunun direktoru Mehmet Ali Çalışkan və İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) Baş Katibinin müavini Mahir Polat silahlı terror təşkilatına yardım etmək ittihamı ilə həbs edilib.
Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, istintaq çərçivəsində məhkəmə Emrah Şahan, Mahir Polat və Ali Çalışkanın həbsinə qərar verib.
Qərardan sonra Şahan sosial media hesabında belə bir paylaşım edib:
"Mübarizəmizi davam etdirəcəyik. Əvvəlcə seçki qutularında səs verəcəyik, sonra isə Şişli Bələdiyyəsində iradəmizə sahib çıxacağıq. Yorulmaq, geri çəkilmək yoxdur! Şişli sizə əmanətdir!"
Musavat.com
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ