Onlayn ictimai-siyasi qəzet
“Rusiya düşmənin hərəkətlərinə cavab olaraq nüvə silahından istifadə etmir, çünki belə bir münaqişənin təhlükəsini və dönməzliyini anlayır”.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bunu RF Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib. O xəbərdarlıq edib ki, indiyədək Moskva səbr nümayiş etdirir, lakin bu, tükənə bilər.
Medvedyev deyib: “Müharibədə həddən artıq ifrata varmış Qərb bossları və onların siyasi qurumları hesab edir ki, ruslar kütləvi qırğın silahları ilə cavab verməkdən çox danışırlar, lakin heç nə etmirlər, ona görə də xətti keçməyin təhlükəsi yoxdur”.
Medvedyev qeyd edib ki, heç kimə nüvə münaqişəsi lazım deyil və bunun ağlr nəticəsi ola bilər.
“Məhz buna görə də indiyədək nüvə silahından (qeyri-strateji və ya daha çox strateji) istifadə etmək qərarı verilməyib. Rusiya səbirlidir. Aydındır ki, nüvə reaksiyası geridönməz nəticələri olan son dərəcə çətin bir qərardır. Bununla belə, təmtəraqlı anqlo-sakson axmaqları bir şeyi etiraf etmək istəmirlər: bütün səbrin sonu gəlir”, - Medvedyev deyib.
Bundan əlavə, o, Rusiyanın sərt cavab vermək hüququna malik olduğunu və nüvə silahından istifadə üçün formal ilkin şərtlərə malik olduğuna işarə edərək, Qərbi diqqətli olmağa çağırıb.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ