Onlayn ictimai-siyasi qəzet
Rusiyanın məqsədi Ukraynadakı siyasi rejimi tam sıradan çıxarmaq olmalıdır.
Musavat.com-un APA-ya istinadən məlumatına görə, bunu Rusiyanın keçmiş prezidenti, hazırda Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev Teleqram kanalında yazıb:
“İlk epizod oynanıldı. Başqaları da olacaq və dahası da... Mən şəxsi mövqeyimi bildirəcəyəm. İndi onu qeyd etməyə bilmərəm... Ukrayna dövləti nasist siyasi rejimi ilə hazırkı konfiqurasiyasında Rusiya üçün daimi, birbaşa və aydın təhlükə yaradacaq. Ona görə də insanlarımızı qorumaq və ölkənin sərhədlərini mühafizə etməklə yanaşı, fikrimcə, gələcək fəaliyyətimizin məqsədi Ukraynanın siyasi rejimini tamamilə sıradan çıxarmaq olmalıdır”.
23 Sentyabr 2024
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ