İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedev: "Rusiya Ukraynaya qarşı nüvə silahından istifadə etsə..."

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hesab edir ki, Rusiya Ukraynaya nüvə zərbəsi endirsə, NATO ölkələrindən qarşılıqlı addım olmayacaq.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu barədə özünün Teleqram kanalında yazıb.

Dmitri Medvedevin fikrincə, Qərb ölkələri öz təhlükəsizliklərinə görə cavab addımları atmağa cəsarət etməyəcəklər. ABŞ və Böyük Britaniyanın bununla bağlı xəbərdarlıqlarını isə keçmiş prezident və baş nazir sadəcə qarın ağrısının ritual səsi adlandırıb.

"Təsəvvür edək ki, dövlətimizin mövcudluğu üçün təhlükəli olan Ukrayna rejiminə qarşı ən qorxulu silahdan istifadə etməyə məcbur qaldıq. Mən inanıram ki, NATO hətta bu vəziyyətdə belə münaqişəyə birbaşa müdaxilə etməyəcək. Axı Vaşinqtonun, Londonun, Brüsselin təhlükəsizliyi ölməkdə olan Ukraynanın heç kimə lazım olmayan taleyindən qat-qat vacibdir", - Medvedev yazıb.

Dmitri Medvedevə görə, NATO ölkələri "nüvə apokalipsisində məhv olmaq niyyətində deyil" və buna görə də Rusiyanın istənilən silahdan istifadəsini "udmağa" məcbur olacaq.

Daha sonra "The Washington Post" öz mənbələrinə istinadən Ağ Evin Kremlə nüvə silahından istifadənin nəticələri barədə sərt şəkildə xəbərdarlıq etdiyini yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR