Onlayn ictimai-siyasi qəzet
Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə universitetdə "Xarici siyasət üzrə ixtisaslaşmış jurnalistlərin xəbər qaynaqları: Azərbaycanın xarici siyasəti və beynəlxalq münasibətlərdə yeni reallıqlar" mövzusunda təlim keçirilir.
Musavat.com xəbər verir ki, təlimin ilk günü ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin təqdimatında "Azərbaycanın xarici siyasəti və beynəlxalq münasibətlərdə yeni reallıq" mövzusu müzakirə edilib.
Daha sonra isə Azərbaycan Respublikası Prezident Administrasiyasının Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayevin təqdimatında "Xarici siyasətdə medianın rolu: 1) 44 günlük Vətən müharibəsində və son lokal anti-terror tədbirlərində yerli və xarici medianın fəaliyyəti 2) Dövlət kommunikasiyası" mövzusunda təlim keçirilib.
Qeyd edək ki, təlim sabah da davam edəcək. Sabahkı təlimdə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə mühazirə ilə çıxış edəcək.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ