İnsanlara hürriyət, millətlərə istiqlal!

“Media Menecmenti” təlim proqramının iştirakçılarına sertifikatlar təqdim olundu - FOTOLAR

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 3 moduldan ibarət olan “Media Menecmenti” təlim proqramının bağlanış mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

 “Audiovizual media menecmenti” mövzusunda keçirilən üçüncü modulda Litva Baş nazirinin mədəniyyət üzrə ictimai müşaviri Ornela Ramasauskaite çıxış edib.

Daha sonra “Media Menecmenti” təlim proqramının bağlanış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov jurnalistlərin yaradıcı-innovativ potensialını stimullaşdırmaq, xarici təcrübəyə əsaslanan nəzəri biliklərini artırmaq və yerli mediada tətbiqini reallaşdırmaq, bu istiqamətdə təcrübə mübadiləsini həyata keçirmək üçün xarici mütəxəssislərin cəlb edilməsiylə təlimlərin keçirilməsinin əhəmiyyətindən danışıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR