Onlayn ictimai-siyasi qəzet
Fransa millisinin hücumçusu Killian Mbappe seçiciləri Marin Le Penin Milli Cəbhəsinə qarşı çıxmağa çağırıb.
Musavat.com xəbər verir ki, o, bunu Avro-2024-də Avstriya millisi ilə oyundan əvvəl mətbuat konfransında qeyd edib.
Mbappe deyib: "Bizim ölkənin gələcəyini seçmək imkanımız var və biz bu tapşırığın əhəmiyyətini vurğulamalıyıq".
Xatırladaq ki, Emmanuel Makron bu ayın əvvəlində Marin Le Penin sağçı partiyasının Avropa seçkilərində qalib gəlməsindən sonra növbədənkənar seçkilər təyin etmişdi.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ