Onlayn ictimai-siyasi qəzet
PSJ-nin futbolçusu Kilian Mbappe klubun Çempionlar Liqasında ən çox qol vuran futbolçusu olub.
Qol.az xəbər verir ki, fransalı hücumçu buna qrup mərhələsinin 4-cü turunda "Benfika" ilə ötən gecə keçirilən oyunda (1:1) nail olub.
39-cu dəqiqədə penaltidən fərqlənən forvard Paris təmsilçisinin heyətində ÇL-dəki qollarının sayını 31-ə çatdırıb. Mbappe hazırda "Valensiya"da çıxış edən Edinson Kavanini (30 qol) geridə qoyub.
Qeyd edək ki, Kilian Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. O, bu mövsüm ÇL-də 4 oyuna 4, ümumilikdə isə 13 matçda 12 qol vurub.
23 Sentyabr 2024
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ