İnsanlara hürriyət, millətlərə istiqlal!

Mbappe Neymarla arasındakı gərginlikdən danışdı

PSJ-nin futbolçusu Kilian Mbappe komanda yoldaşı Neymarla arasında gərginlik olduğu barədə yayılan məlumatlara münasibət bildirib.

Qol.az "RMC Sport"a istinadən xəbər verir ki, o, forvardla münasibətlərinin hörmətə əsaslandığını deyib:

“6-cı ildir ki, Neymarla birlikdə oynayırıq. Bizim münasibətlərimiz həmişə hörmət üzərində qurulub. Bəzən daha isti olur, bəzən daha soyuq olur. Münasibətimizin təbiəti budur. Mən ona çox hörmət edirəm. Sadəcə olaraq, bu cür güclü keyfiyyətlərə malik iki oyunçu arasında qığılcım ola bilər. Amma bu və ya digər şəkildə biz həmişə bir-birimizə hörmət edirik və PSJ-nin maraqlarını düşünürük”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR