İnsanlara hürriyət, millətlərə istiqlal!

Mayya Sandu: Moldova 2030-cu ilədək Avropa İttifaqının üzvü ola bilər

Moldova 2030-cu ilə qədər Dnestryanı bölgə ilə birlikdə Avropa İttifaqına qəbul edilə bilər.

AZƏRTAC xəbər verir ki, Moldova Prezidenti Mayya Sandu bunu Bloomberg agentliyinə müsahibəsində deyib. “Biz həyat səviyyəsini nə qədər tez yüksəltsək, bir o qədər birləşmək şansımız olacaq... Bu, bizim məqsədimizdir”, - deyə o bildirib.

Mayın 28-də Prezident Mayya Sandunun təşəbbüsü ilə ölkədə Avropa İttifaqına inteqrasiya istəyinin nümayiş olunduğu “Avropa Moldovası” şüarı altında mitinq keçirilib.

Avropa İttifaqına üzv ölkələrin dövlət və hökumət başçılarının 2022-ci il iyunun 23-də Brüsseldə keçirilən sammitində Ukrayna və Moldovaya Aİ-yə üzvlük üçün namizəd statusu verilib. Kişineu üzvlüklə bağlı danışıqlara başlamaq üçün islahatlar aparmalı və Dnestryanı problemin həlli də daxil olmaqla, bir sıra şərtləri yerinə yetirməlidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR