İnsanlara hürriyət, millətlərə istiqlal!

Mayk Tayson “Hulu” servisini onun bioqrafiyasını oğurlamaqda günahlandırdı

Keçmiş boksçu Mayk Tayson iddia edir ki, “Hulu” yayım xidməti onun həyat hekayəsini serial üçün oğurlayıb.

İdmançı bildirib ki, layihənin yaradıcıları onun tərcümeyi-halından istifadə etdikləri üçün boksçuya maddi təzminat təklif etməyiblər.

“Hulu”nun sizi aldatmasına imkan verməyin. Mən onların həyatımla bağlı hekayəsini dəstəkləmirəm. 1822-ci il deyil, 2022-ci ildir”, - Tayson “Instagram”da yazıb.

Qeyd edək ki, “Mayk” serialının premyerası avqustun 25-də “Hulu” platformasında baş tutacaq.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR