İnsanlara hürriyət, millətlərə istiqlal!

Mayın 21-də bir sıra Avropa ölkələri Fələstini tanıya bilər

İrlandiya, İspaniya və bir sıra digər Avropa İttifaqı (Aİ) ölkələri mayın 21-də Fələstini tanımaq məsələsini nəzərdən keçirəcək.

Musavat.com xəbər verir ki, “Röyter” agentliyi bu barədə İrlandiyanın RTE News telekanalına istinadla xəbər yayıb.

Qeyd olunur ki, İrlandiya, İspaniya, eləcə də Sloveniya və Malta Fələstin dövlətçiliyinin birgə tanınması məqsədi ilə əlaqələri gücləndirib.

“Bu dövlətlər mayın 10-da BMT Baş Assambleyasında fələstinlilərin dünya təşkilatına tamhüquqlu üzv olmaq hüququnun tanınmasına səbəb ola biləcək səsverməni gözləyirlər”, - xəbərdə bildirilir.

“Röyter” xatırladır ki, 22 mart tarixli birgə bəyanatda İspaniya, İrlandiya, Malta və Sloveniya Fələstin dövlətinin tanınması istiqamətində ilk addımları atmağa razılaşdıqlarını bildiriblər.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, Vaşinqton yəhudi dövləti üçün təhlükəsizlik təminatlarının olacağı təqdirdə Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR