Onlayn ictimai-siyasi qəzet
Sabah ABŞ-ın 30-dan çox ştatında İlon Maskın Tesla-sına qarşı 200-dən çox "dinc etiraz" aksiyası planlaşdırılır.
Musavat.com xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat yayıb.
Bildirilir ki, “Tesla-nın ləğvi” (Tesla Takedown) adlı kampaniya çərçivəsində martın 29-da “kütləvi zorakılıqsız etirazlar günü” planlaşdırılıb. Hərəkatın təşkilatçılarının satışları və “sərvətinin əsasını” təşkil edən elektrik avtomobil şirkətinin səhmlərinin qiymətini aşağı salmaqla İlon Maskın siyasi mövqeyinə xələl gətirməyə ümid etdikləri deyilir. Hərəkatın “Bluesky” onlayn platformasındakı nəşri qeyd edir ki, ABŞ-da Tesla-nın 277 obyekti yaxınlığında etiraz aksiyaları keçiriləcək.
Tesla Takedown saytında yerlışdirilən xəritədən aydın olur ki, aksiya ABŞ-ın 50 ştatının 30-dan çoxunda təşkil olunacaq. Ümumilikdə təşkilatçılar dünya üzrə 500-dən çox mitinqin keçiriləcəyini gözləyirlər. Xəritədə xüsusilə Böyük Britaniya, Fransa və Almaniya kimi Avropa ölkələrində Maskın şirkət obyektlərinin 20-dən çox ünvanı göstərilir.
“Dinc toplantılar”ın təşkilatçıları hesab edirlər ki, Mask “Tesla-nın hesabına qurduğu sərvətdən istifadə edərək ABŞ-da demokratiyanı məhv edir”. Onlar tərəfdarlarını Tesla avtomobillərini və şirkətin səhmlərini satmağa çağırır və qeyd edirlər ki, İlon Maskı “dayandırmaqla” “həyatları və demokratiyanı xilas edəcəklər”. NBC News xəbər verir ki, buna cavab olaraq ABŞ prezidenti Donald Trampın tərəfdarları “Tramp müttəfiqini dəstəkləmək” məqsədi ilə “Tesla Qalxanı” adlandırdıqları əks nümayişlər təşkil edir.
Musavat.com
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ