İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏT: Evə balkondan girib boşanmaq istəyən arvadını ÖLDÜRDÜ - FOTOLAR

Türkiyənin Trabzon şəhərində 30 yaşlı Ali Eren S. boşanmaq üçün getdiyi həyat yoldaşı Sinem S.-nin evinə balkondan girərək onu güllələyib.

Musavat.com xəbər verir ki, hadisə Beşikdüzü rayonunun Adacık məhəlləsində baş verib.

Mübahisə zamanı Ali Eren S. Sinem S.-yə atəş açaraq həyatına son qoyub.

Şahidlərin məlumatına görə, hadisə yerinə gələn mühafizəçilərdən biri də şübhəli tərəfindən güllələnərək yaralanıb. Yaralı mühafizəçi təcili xəstəxanaya aparılıb və vəziyyətinin yaxşı olduğu bildirilib. Cinayətkar motosikletlə hadisə yerindən qaçıb.

Sinem S.-nin bir müddət əvvəl ərindən ölüm təhdidləri aldığı məlum olub. Polis Ali Eren S.-nin tutulması üçün əməliyyat aparır.

Musavat.com

Eve balkondan girip boşanma aşamasındaki eşini öldürdü

Eve balkondan girip boşanma aşamasındaki eşini öldürdü

Eve balkondan girip boşanma aşamasındaki eşini öldürdü

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2025

02 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR