Onlayn ictimai-siyasi qəzet
Azərbaycan muğam sənətinə ağır itki üz verib.
Tanınmış xanəndə Firuz Səxavət Musavat.com-a açıqlamasında Xalq artisti, muğam ustadı Arif Babayevin vəfatından dərin kədərlə danışıb:
“Arif Babayev hamımızın ağsaqqalı idi. Milli mədəniyyətimizin ən görkəmli nümayəndələrindən biri idi. Yeganə korifey sənətkar idi ki, biz ondan təsəlli alırdıq. Azərbaycan muğam sənətinə böyük itki baş verib. Milli muğamımız yaşadıqca Arif Babayevin adı da xatırlanacaq. Onun ifa tərzi, səsi xalqımızın qəlbində qalacaq”.
Sənətçi mərhumla son görüşünü də xatırlayıb:
“Sonuncu dəfə ötən həftə görüşdük. O zaman Mərkəzi Klinikada müalicə alırdı. Soruşmuşdu ki, Firuz haradadır? Mən bunu bilib rayondan birbaşa yanına gəldim. Xeyli zarafatlaşdıq, güldük. Dedi ki, Qaxa istirahətə gedəcək. Qaxa gedəndən iki gün sonra halı pisləşib, Bakıya gətiriblər. Yaxşı ki, sağlığında onunla halallaşdım”.
Şahanə Rəhimli
Foto: Sultan
Musavat.com
03 Avqust 2025
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ