Onlayn ictimai-siyasi qəzet
ABŞ-li sahibkar İlon Mask tərəfindən yaradılan siyasi komitə bir ay ərzində prezidentliyə namizəd Donald Trampın təbliğatına 30 milyon dollar xərcləyib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" məlumat verib.
Qeyd olunub ki, komitə mübahisəli ştatlarda xüsusilə fəaldır. Bunlar nə demokratların, nə də respublikaçıların açıq üstünlüyə malik olmadığı subyektlər hesab olunur. Bu ştatlara Arizona, Viskonsin, Corciya, Miçiqan, Nevada, Pensilvaniya və Şimali Karolina aiddir. Nəşrin qeyd etdiyi kimi, Maskın komitəsinin fəal işi sahibkarla siyasətçi arasında "siyasi ittifaq"ın gücləndiyini göstərir.
"Aktivliyin bu dərəcədə artması Maskın keçmiş prezidentlə artan siyasi ittifaqını bir daha nümayiş etdirir. Milyarder və onun maliyyələşməsi Trampın yenidən seçilmək səylərində əsas rol oynayır", - materialda qeyd olunub.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ