İnsanlara hürriyət, millətlərə istiqlal!

Mask Ərdoğanla görüşmək üçün Türk Evinə gəldi - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı sahibkar, "Tesla" və "SpaceX" şirkətlərinin qurucusu İlon Maskla görüşüb.

"Report"un ABŞ bürosu xəbər verir ki, görüş Nyu-York şəhərində fəaliyyət göstərən "Türk Evi"ndə baş tutub.

Ərdoğan İ.Maskla yanaşı, “Coca-Cola”, “Amazon” kimi ABŞ-nin bir çox nəhəg şirkətlərinin investorlari ilə də bir araya gələcək.

Qeyd edək ki, Türkiyə Prezidenti BMT Baş Assambleyasınln 78-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka işgüzar səfərə gedib. O, səfər çərçivəsində ABŞ Prezidenti Co Bayden, BMT baş katibi Antoniu Quttereş, eləcə də, bir sıra ölkə liderləri və hökumət nümayəndələri ilə görüşəcək. Prezidentin səfəri sentyabrın 20-də yekunlaşacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR