Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası tədqiqat və təhsil qrantları alarkən Müxtəliflik, Bərabərlik və İnklüzivlik (DEI) siyasətlərinə riayət etməyi tələb edirdi.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ administrasiyasının Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri və sahibkar İlon Mask deyib.
O, "Fox News" xəbərini şərh edərkən Bayden administrasiyasının 2021-ci ildən 2024-cü ilə qədər DEI siyasət tələblərinə cavab verən məktəblərə və digər təhsil müəssisələrinə 229 qrantı təsdiqlədiyini söyləyib. Telekanalın məlumatına görə, bu qrantlar üçün ən azı 1 milyard dollar ayrılıb.
"Daha pisi odur ki, son dörd ildə alınan hər bir tədqiqat və təhsil qrantı bu və ya digər formada DEI tələb edir",- Mask X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Xatırladaq ki, yanvar ayında ABŞ prezidenti Donald Trampın hökumətdəki bütün müxtəliflik və inklüzivlik proqramlarını bağlamaq üçün fərman imzalayıb. Sənəddə deyilir ki, keçmiş prezident Cozef Baydenin administrasiyası aviasiya təhlükəsizliyindən orduya qədər bütün sahələrdə müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) adlı “qanunsuz və əxlaqsız ayrı-seçkilik proqramları tətbiq edib”
Tramp deyib ki, amerikalılar hər bir insana bərabər ləyaqət və hörmətlə xidmət etməyə və “vergi ödəyicilərinin dollarlarını yalnız Amerikanı möhtəşəm etmək üçün xərcləməyə” sadiq olan hökumətə layiqdirlər.
Musavat.com
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ