İnsanlara hürriyət, millətlərə istiqlal!

Mask Baydenə qarşı - "O, ABŞ-ın demokratik sistemini məhv edir"

Amerikalı iş adamı İlon Mask sosial şəbəkədə X (keçmiş Twitter) amerikalı yazıçı Maykl Şellenberqerlə razılaşaraq deyib ki, doğrudan da ABŞ prezidenti Co Bayden ölkənin demokratik sisteminin legitimliyini məhv edir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bundan əlavə, həmin xəbərdə qeyd olunur ki, ABŞ-ın Ədliyyə Nazirliyi Baydenin oğlu Hanterin mühakimə olunmasına fəal şəkildə mane olur, prezidentin özü isə rəqibi Donald Trampı dəmir barmaqlıqlar arxasına saldırmağa çalışır.

Bir müddət əvvəl İlon Mask Co Baydenin yaşı ilə bağlı zarafat edib. O, qeyd edib ki, ABŞ-ın hazırkı prezidenti “Kriptin gözətçisi” ("Tales from the Crypt" televiziya serialının personajı) rolu üçün makiyajsız və xüsusi effektlər olmadan sınaqdan keçə bilərdi”.

Milyarder ABŞ-ın Ukraynaya kaset sursatları göndərməsinə münasibət bildirərkən də Vaşinqtonun ikiüzlülüyündən danışıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR