İnsanlara hürriyət, millətlərə istiqlal!

Maşında marixuana çəkdi, polis qoxudan şübhələndi - Bakıda İLGİNC OLAY

Bakıda narkotik vasitə istifadəçisi olan şəxs saxlanılıb. O, maşında marixuana qəbul etdiyi üçün polis əməkdaşı tərəfindən şübhəli şəxs kimi polis şöbəsinə dəvət edilib.

Musavat.com xəbər verir ki, 1982-ci il təvəllüdlü B.Məmmədov Bakıda avtomobil idarə edən zaman yol hərəkəti qaydasını pozub.

Polis əməkdaşı ona yaxınlaşan zaman maşından spesifik qoxu gəldiyini hiss edib və maşından düşməsini istəyib.

Daha sonra polis əməkdaşı B.Məmmədovu avtomobili ilə birlikdə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə aparıb. Onun üzərinə baxış zamanı marixuana aşkar edilib.

B.Məmmədov üzərində olan narkotiki könüllü təhvil verib. Bildirib ki, 15 ildir narkotik vasitə olan marixuana istifadə edir. O, üzərində olan narkotik vasitəni Cəbrayılda işləyən zaman yerdən tapdığını, istifadə üçün üzərində gəzdirdiyini deyib.

B.Məmmədovun sözlərinə görə, həmin gün marixuananı maşında qəbul edib. Yolda polis onu saxlayan zaman maşından qoxu gəlib. Polis əməkdaşı ondan sənədləri tələb edəndə həyəcanlandığını, özünü şübhəli apardığını deyən B.Məmmədov sonradan hər şeyi könüllü etiraf etdiyini bildirib.

Məhkəmənin hökmü ilə B.Məmmədov 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR