İnsanlara hürriyət, millətlərə istiqlal!

Martirosyandan sülh müqaviləsi açıqlaması 

“Ermənistan tərəfi tələsir və sülh müqaviləsi əldə etmək istəyir, lakin Azərbaycan tərəfi bunun necə və nə vaxt imzalanacağını dəqiqləşdirməyib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Artur Martirosyan danışıb.

“Paşinyan bu müqaviləni ermənilərə yekun sülh müqaviləsi kimi təqdim etmək istəyir. Sanki kağız üzərində imzalanmış müqaviləyə sülh demək olardı. Seçkilərə bir ildən çox vaxt qaldığı üçün buna ehtiyac var. Onlara Ermənistanın uğurlu, real, yeni regional mövqeyi kimi təqdim edə biləcəkləri bir şey lazımdır”, - Martirosyan bildirib.

Onun iddiasına görə, Azərbaycanın ilkin şərtlərini nəzərə alaraq, sülh müqaviləsinin imzalanacağını gözləmək hələ tezdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Mart 2025

BÜTÜN XƏBƏRLƏR