İnsanlara hürriyət, millətlərə istiqlal!

Marşrut avtobuslarında gediş haqqı bu qədər olacaq – MƏBLƏĞ AÇIQLANDI

Ötən gün Bakı şəhərində və ətraf qəsəbələrdə sərnişindaşımanın böyük hissəsini həyata keçirən özəl daşıyıcı şirkətlər dövlət rəhbərliyinə yenidən kollektiv müraciət ünvanlayıb. Onlar avtobus nəqliyyat vasitəsinə zəruri olan dizel yanacağının, sürtgü yağları, şin və sair bütün növ ehtiyat hissələrinin qiymətlərinin bahalaşmasından, gediş haqqının aşağı olmasından şikayətləniblər. Şirkətlər hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5 faizini “BakıKart”a ödədiklərini qeyd ediblər.

Musavat.com-un məlumatına görə, bununla bağlı fikirlərini bölüşən iqtisadçı Qubad İbadoğlu şirkətlərin şikayətlərinin haqlı olduğunu deyib:

““Həyati vacib sərnişindaşıma sahəsi” üçün ayrılmış 280 milyon manat vəsitin 86 milyon 900 min manatı “Azərbaycan Hava Yolları” QSC-yə, 15,5 milyon manatı Milli Aviasiya Akademiyasına köçürülüb. Şirkətlər hər sərnişinin gediş haqqının “BakıKart”a 5 faizin ödənilməsinə etirazlarında da haqlıdır, çünki 5 faiz çox yüksək xidmət haqqıdır”.

Ekspertin sözlərinə görə, güman ki, ictimai nəqliyyatda gediş haqqı qaldırılacaq: “Hazırda hökümətdə müzakirə olunan yeni variantlar 1 gedişin 40 və ya 50 qəpiyə çatdırılmasıdır”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR