İnsanlara hürriyət, millətlərə istiqlal!

Marseldə yaşayış binasının çökməsi nəticəsində dörd nəfər həlak olub

Fransalı xilasedicilər Marsel şəhərində çökən yaşayış binasının dağıntıları altından daha iki nəfərin cəsədini aşkarlayıb və beləliklə ölənlərin sayı dörd nəfərə yüksəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə xilasetmə xidmətləri məlumat yayıb.

Bir müddət öncə Fransanın daxili işlər naziri Jerald Darmanen dağıntılar altında 10 nəfərə qədər insanın ola biləcəyini deyib.

Hələlik partlayışın səbəbləri aydınlaşmayıb. Şəhər meri Benua Payanın sözlərinə görə, bina qəzalı tikililər siyahısına daxil deyildi və sakinlərdən onun vəziyyəti ilə bağlı heç bir şikayət gəlməyib.

Hazırda qəzanın baş verdiyi ərazidə yüzdən çox xilasedici və kinoloq çalışır.

Xatırladaq ki, aprelin 9-na keçən gecə, yerli vaxtla saat 00:40-da Marsel şəhərinin mərkəzində yaşayış binası çökmüş və yaxınlıqdakı bir neçə binanı zədələmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR