İnsanlara hürriyət, millətlərə istiqlal!

Marko Rubiodan USAID açıqlaması

Donald Tramp administrasiyası ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğv edilməsinin Çin tərəfindən beynəlxalq təsirin gücləndirilməsinə səbəb olacağından narahat deyil.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio "Fox News" telekanalına verdiyi müsahibədə bildirib.

Aparıcının "agentliyin ləğvi Çinin təsirini artıra bilərmi" sualına Rubio mənfi cavab verib: "Onlar bununla məşğul olmurlar".

Bununla belə, Marko Rubio qeyd edib ki, Çin belə bir təşəbbüslə çıxış etsə, ABŞ-la rəqabət aparmaq məcburiyyətində qalacaq.

Onun sözlərinə görə, USAID faktiki olaraq "qlobal xeyriyyə fonduna" çevrilib.

"Onlar vergi ödəyicilərinin pullarını alıb, qlobal xeyriyyə fondu kimi xərcləyirlər. Üstəlik, bu vəsaitlərin xərclənməsinin ABŞ-ın milli maraqlarına uyğun olub-olmadığı da məlum deyil", - deyə Rubio qeyd edib.

Dövlət katibi əlavə edib ki, USAID tez-tez ABŞ hökumətinin müəyyən ölkələrdəki səylərini zəiflədir.

"Onlar elə proqramları dəstəkləyirlər ki, bu, bizim geniş məsələlər çərçivəsində əməkdaşlıq etməyə çalışdığımız hökumətləri narahat edir. Onlar tamamilə nəzarətsizdir. Onlar ABŞ-a xidmət etdiklərini düşünmürlər", - deyə Rubio qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR